Azərbaycan və İran XİN rəhbərlərinin görüş yeri və tarixi açıqlandı




Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif fevral ayında Tehranda görüşəcəklər.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.

Diplomat bildirib ki, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.