Azərbaycan və Ukrayna biri-birinə dəstək verməlidir
15:36 11.11.2017
Arxiv
802
Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi qətiyyən yolverilməzdir
Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhədə yerləşdirilməsini istəyir. Kiyevin əsas şərti Ukrayna ərazisində yerləşdiriləcək beynəlxalq sülhməramlıların tərkibində Rusiya hərbçilərinin olmamasıdır.
Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir. "Atlas” Araşdırmalar Mərkəzinin bəyanatına görə, eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar. Azərbaycan tərəfi Qarabağda yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir. Birincisi, SSRİ illərində Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb.
Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. İkincisi, Rusiya Ermənistanın hərbi müttəfiqidir. Üçüncüsü, Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr, bu bölgədən bir daha çıxmayacaqlar. Dördüncüsü isə Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinədir. Bu səbəbdən həm Donbas, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna biri-birinə dəstək verməlidirlər. Çünki hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir.
Məsələni "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ukraynadakı münaqişə Şərqi Avropada Qərblə Rusiya arasında əsas qaynar nöqtədir. Ekspertin sözlərinə görə, hər iki tərəf proseslərin gərgin fazaya keçməməsi üçün həll variantları axtarır:
"Yeni münaqişə çox ciddi fəsadlara yol aça bilər. Hazırda Ukrayna öz silahlı qüvvələrini modernləşdirib. Rəsmi Kiyev istənilən təhdidə qarşı mübarizə sahəsində çevik qüvvəyə sahibdir. Buna görə Rusiya münaqişənin dondurulmasında maraqlıdır. Qərb çalışır ki, sülhməramlı qüvvələrini Ukrayna və Rusiya sərhəddində yerləşdirsin, Rusiya isə qoşunlarını separatçılarla Ukrayna ordusu arasında yerləşdirmək istəyir. Ukraynanın sülhməramlılar içində rus hərbiçilərini qəbul etməməsi normal qəbul olunmalıdır. Rusiya Ukraynanın ərazilərini işğal edib və Kiyevlə müharibə şəraitindədir. Belə bir dövlətin sülhyaratma əməliyyatlarında iştirakı ukraynalılar üçün təhqirdir. Bu səbəbdən Ukrayna hökuməti beynəlxalq sülhməramlı qüvvələrə üstünlük verir”.
Analitik bəyan edib ki, Ukrayna və Azərbaycan ortaq mövqe ortaya qoymalıdır:
"Sülhməramlı qüvvələr mövzusu GUAM çərçivəsində beynəlxalq təşkilatların gündəminə gətirilməlidir. Rusiya Ermənistanın strateji müttəfiqidir və postsovet məkanında separatizmi qızışdıran ölkədir. Bu baxımdan Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi qətiyyən yolverilməzdir. Yalnız beynəlxalq təşkilatlar çərçivəsində Qarabağda eyni kvota ilə rus sülhməramlıları yerləşdirilə bilər. Əlbəttə ki, rus hərbiçiləri kvotada Türkiyə və digər Avropa ölkələrinin sülhməramlı qüvvələrindən artıq olmamalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat