Azərbaycan xaricdən borc alacaq: “Borclanmaya getməliyik”




"Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir. Amma hesab edirəm ki, biz borclanamaya getməliyik”. 

Sherg.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. 

O, bildirib ki, borc almayan və verməyən ölkəyə kredit verilmir:

"Ona görə Azərbaycan da xarici borclanmaya getməlidir. Biz xarici borclanmaya getməklə müasit texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan biz iqtisadiyyatı inkişaf etdirə bilmərik. Artıq ölkə başçısının tapşırığına əsasən xarici borclanma ilə bağlı xüsusi strategiya hazırlanır. Bu borclanma bizə iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək. Lakin hər istəyən borc ala bilməyəcək. 

Çünki bütün borclar ekspertizadan keçəcək. Lazımsız borclanmaya gedənlər isə məsuliyyətə cəlb olunacaq. Artıq bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də edilib”.

Anar