"Azərbaycan xristian missionerlərə xüsusi nəzarət etməlidir" - MTN ZABİTİ




"Missionerlər yalnız Azərbaycanda deyil, bütün dünyada fəaliyyət göstərirlər”.

Bunu "Shergh.az”a Azərbaycanda xristian missionerlərin fəaliyyət göstərməsinə dair iddialara münasibət bildirərkən sabiq MTN zabiti Sülhəddin Əkbər deyib. 

O bildirib ki, həmin xristian missionerlər öz ölkələrində də fəaliyyət göstərir:

"Adından da göründüyü kimi onların özəl missiyası var. Sadəcə olaraq, hər bir dövlət, onun xüsusi xidmət orqanları və ya digərləri bu funksiyanı yerinə yetirən təşkilat və ya qruplara xüsusi nəzarət etməlidir. Nəticədə bunlar qanunla müəyyən edilmiş normadan kənara çıxmamalıdır”.

Qeyd edək ki, bu barədə millət vəkili Azay Quliyev Bakıda keçirilən "Qeyri- hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" adlı konfransda danışıb. Deputat deyib ki, xristian missionerlər xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.

Aysel Aslan