Azərbaycan Bazarda görünüşü gözəl, amma faydasından çox ziyanı olan məhsullara rast gəlmisiz. Görünüşü ilə hər kəsə gəl-gəl deyən bu məhsulların Azərbaycanda istehsalı və satışına qadağan edilməsi gözlənilir. Çünki mütəxəssislər bu gür meyvə tərəvəzin insan orqanizmi üçün böyük təhlükə olduğunu açıqlayıblar. Təbii ki, müxtəlif heyvan mənşəli genlərin əlavə edildiyi həmin məhsullarda nə fayda ola bilər. Görünüşcə müştəriyə gəl-gəl deyən bu meyvələrin idxalı bu gün dünyanın 37-dən çox ölkəsində qəti qadağandır. Bu ölkələrdə geni dəyişdirilmiş məhsullar yalnız daxildə istehsal olunur və ciddi laborotor nəzarətdən keçdikdən sonra satşa buraxılır. Bəs bizdə necə? Bazarlarda alça çiyələk kimi mövsümü meyvələrlə yanaşı hətta qarpız da tapmaq olar amma bunlar xarici məhsullardır və geni dəyişdirilib. Paytaxt bazarlarında araşdırmamızdan məlum oldu ki, ticarət mərkəzlərində həm xarici həm də yerli geni dəyişdirilmiş meyvə tərəvəz kifayət qədərdir. Hazırda ölkəmizdə yalnız genetik modifikasiya olunmuş mədəni bitki və toxumları yoxlanılır. Meyvə və tərəvəz isə ümumiyyətlə yoxlamadan keçmir. Çünki, bunun üçün qanunvericilikdə müvafiq prosedur qaydaları nəzərdə tutulmayıb. Bu boşluqları aradan qaldırmaq üçünsə, yaxın günlərdə Milli Məclis bəzi qanunlara yenidən baxacaq və geni dəyişdirilmiş toxum və bitkilərin, meyvələrin elmi tədqiqatlar istisna olmaqla ölkəyə idxalı, yerlərdə istehsalı və satışı tam qadağan olunacaq. Buna əməl etməyənlər üçünsə, hətta cəzalar da təklif olunur. İqtisadçılar isə təklif edir ki, kənd təsərrüfatında GMO məhsullardan istifadəyə icazə verilsin. Amma ciddi nəzarəti saxlamaqla, xarici idxal isə təmamilə dayandırılsın. Hazırda idxal olunan GMO məhsullarına nəzarət etmək hüququ Kənd Təsərrüfatı Nazirliyi və Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Amma tibb mütəxəssisləri hesab edirlər ki, yerli istehsalın yararlı və yararsız olması insan orqnizminə mənfi təsirini öyrənmək üçün xüsusi laborator müayinələrə ehtiyac var. Xüsusilə hamilə qadınların bu cür məhsullardan istifədəsi təhlükəlidir. Çünki geni dəyişdirilmiş məhsullar eybəcər və şikəst uşaqların doğulmasına səbəb ola bilər. Nə qədər ki, gec deyil bu məhsulların xarici görünüşünün arxasında dayanan dəhşətli və təhlükəli xəstəlikləri görmək lazımdır.
Azərbaycana bu məhsulların gətirilməsi qadağan ediləcək
14:28 02.05.2014
Arxiv
2183
Görünüşü ilə hər kəsə gəl-gəl deyən bu məhsulların Azərbaycanda istehsalı və satışına qadağan edilməsi gözlənilir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
E5 ölkələri Ukraynanı NATO-ya yaxınlaşdırmaq istəyirlər
23:47 24.06.2026
Dünya
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
23:25 24.06.2026
Dünya
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya