Azərbaycanda 12 partiya ləğv oluna bilər

Buna səbəb bu partiyaların maliyyə hesabatı təqdim etməməsidir





Azərbaycanda 12 siyasi partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər.
Mərkəzi Seçki Komissiyası illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.
Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan Natiq Məmmədov digər hesabatlarda da nöqsanların olduğunu diqqətə çatdırıb:

"Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.

Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan N. Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 43-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib: "Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır.(anspress)