Azərbaycanda 532 nəfər mina partlayışları nəticəsində həlak olub - Son 16 ildə
07:10 26.09.2017
Arxiv
334
"1991-ci ildən bu yana Azərbaycanda partlamamış hərbi sursatlar, mina partlayışları nəticəsində 532 nəfər həlak olub, 2400-dən çox insan müxtəlif xəsarətlər alıb”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov ANAMA - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan "Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda iki cür mina və partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə, habelə işğaldan azad edilmiş ərazilərdə və keçmiş sovet ordusunun tərk etdiyi poliqon və bazalarda mina və partlamamış hərbi sursat problemləri var”.
A. Şərifov bildirib ki, sovet ordusunun Cənubi Qafqazda Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən hərbi bazasında baş vermiş partlayış zamanı 30 nəfər həlak olub, 93 nəfər xəsarət alıb.
Baş nazirin müavini onu da qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi ən böyük təhlükə doğuran yerlərdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya