
Azərbaycanda bələdiyyə seçkisinə maraq niyə azdır ? – Mütəxəssis izah edir
09:34 04.04.2019
Arxiv
879
Məhərrəm Zülfüqarlı:“ Qardaş ölkədə bələdiyyələrin nüfuzu və səlahiyyəti həddindən artıq çoxdur. Azərbaycanda isə bələdiyyələrin nüfuzu və səlahiyyəti çox aşağı səviyyədədir ”
"Türkiyədə bələdiyyələrin tarixi daha qədimdir. Azərbaycanda isə bələdiyyələr 1999-cu ildən formalaşmağa başlayıb”.
Bunu "Sherg.az”a açıqlamasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
Türkiyədəki seçkilərlə Azərbaycandakı bələdiyyə seçkisini müqayisə edən ekspert bildirib ki, biz Avropa Şurası qarşısında götürdüyümüz öhdəliyə uyğun olaraq bələdiyyə institutlarını formalaşdırmışıq:

"Türkiyədə bələdiyyə seçkisinin aktiv şəkildə keçirilməsinin əsas səbəbi odur ki, qardaş ölkədə bələdiyyələrin nüfuzu və səlahiyyəti həddindən artıq çoxdur. Azərbaycanda isə bələdiyyələrin nüfuzu və səlahiyyəti çox aşağı səviyyədədir”.
M.Zülfüqarlı vurğulayıb ki, Azərbaycanda bələdiyyə seçkisinin aktiv formaya keçməsi üçün yerli özünüidarə etmə orqanlarının səlahiyyətləri artırılmalıdır:
"Bələdiyyələrin səlahiyyətlərinin artması onların nüfuzunun artmasına da təsir göstərəcək. O zaman yerlər uğrunda mübarizə gərgin keçəcək. Amma hələlik Azərbaycandakı bələdiyyələr icra hakimiyyətinin bir əlavəsi olduğu üçün namizədlərdə də, elə ictimaiyyətin özündə də seçkiyə maraq çox azdır. Əgər biz bu problemi həll edə biləriksə, Azərbaycanda bələdiyyə seçkisinin fəallığına nail ola bilərik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media