Azərbaycanda "donuz qripi"nə yoluxma vəziyyəti - Nazirlikdən AÇIQLAMA
05:18 07.01.2019
Arxiv
437
Azərbaycanda "donuz qripi"nə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, "donuz qripi" aşkar olunmayıb.
Nazirlikdən qeyd edilib ki, mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.
Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib.
Nazirlikdən bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.
Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region