Azərbaycanda erməni məhsulları satılır?- TƏHLÜKƏ

Eyyub Hüseynov: " Bu məhsullar Azərbaycana daxil olarsa, onların tərkibinə zərərli maddələr əlavə edilə bilər"



Ölkəmizdə erməni mallarının satılması barədə dəqiq məlumat daxil olsa, qarşısını almaq üçün iş aparacam.

Bunu Sherg.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun erməni şirkətlərinin istehsalı olan malların Azərbaycana gətirilməsi ilə bağlı araşdırma təklifinə münasibət bildirərkən, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. 

Ekspert bildirib ki, millət vəkilinin bu təklifinə ciddi yanaşılmalıdır: 

"Ciddi nəzarət təmin olunmaqla bu məsələnin üzərinə düşmək lazımdır. Qanuni və ya qeyri-qanuni formada bu məhsullar Azərbaycana daxil olarsa, onların tərkibinə zərərli maddələr əlavə edilə bilər. Bunun ciddi təhlükələr yaratması isə istisna deyil. Buna qarşılıq Azərbaycan mallarının Ermənistanda satılmasını təklif edirəm. Azərbaycanın belə ucuz təxribatlara əl atması real deyil. Lakin erməni xisləti onların belə işlərə əl atmasına səbəb ola bilər. Ona görə də, erməni mallarının Azərbaycanda satılmasına icazə verilməməlidir. Bu barədə dəqiq məlumatlar daxil olsa, mən həmin satışın reallaşdırılmaması üçün lazımi tədbir həyata keçirə bilərəm”.

Qeyd edək ki, Azərbaycan mediasında milliyətcə erməni olan Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan ortaq olduğu Türkiyənin iri broyler şirkəti olan "Emre Piliç”in Azərbaycana quşçuluq məhsulları idxal etdiyi barədə xəbərlər yer alıb.
 
Aysel Aslan