Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
07:26 18.10.2018
Arxiv
668
Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub.
Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.
O qeyd edib ki, bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.
V.Yaqublu bildirib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi rol oynayır:
"Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində 50 minə yaxın namizəd iştirak edib,5 mindən artıq namizəd müəllim adını qazanıb. ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub".
V.Yaqublu vurğulayıb ki, ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib.
İnstitut direktoru qeyd edib ki, 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təlimi keçirilib: " Ümumilikdə 2018-ci illərdə Bakı və regionlarda 28 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya