Azərbaycanda qeyri-adi cərrahiyyə ƏMƏLİYYATI
07:37 05.08.2019
Arxiv
446
Bakıda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 62 yaşlı qadın 3-4 gün epiqastrik bölgədə ağrı şikayəti ilə Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.
Müayinələr zamanı xəstənin anamnezində Situs inverus anomaliyası-döş və qarın boşluğundakı daxili orqanların bədənin qarşı tərəfində olması halı müşahidə olunub. Yəni normalda sağda olmalı orqanlar solda, soldakılar sağda yerləşib.
Qaraciyər sol tərəfdə yerləşdiyi üçün öd kisəsinin iltihab prosesi klinik müayinə əlamətləri də sol tərəfdə olub. Əməliyyatı icra edən həkim əməliyyatın uğurla başa çatdığını deyib. Xəstə artıq evə yola salınıb.
e-tibb.az-ın xəbərinə görə, əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasınin Cərrahiyyə və orqan transplantasiya şöbəsinin müdiri, uzman həkim Elmir Əsgərov icra edib.
O, sosial şəbəkədə situs inversus anomaliyası olan xəstədə kəskin xolesistit səbəbi ilə icra etdiyi laparoskopik xolesitektomiya əməliyyatının görüntülərini paylaşıb.
Həkim bildirib ki, situs inversus əsas daxili orqanların normal mövqelərindən tərsinə və ya əks olunduğu yer dəyişdiyi bir vəziyyətdir. Daxili orqanların normal təşkili situs solitus kimi tanınır, situs inversus isə ümumiyyətlə, situs solitusun güzgü təsviridir. Yəni ürəyin solda deyil, sağda yerləşməsi, qaraciyərin sağda deyil, solda yerləşməsi bu vəziyyətlərdən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət