Azərbaycanda ŞOK OLAY: yubileyində özünü öldürdü





Şabran rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndində baş verib. 

Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Faktla bağlı araşdırmalar aparılır.