Azərbaycanda zəlzələ: Rayonlarda hiss olunub






Azərbaycanda zəlzələ olub.
Trend-in məlumatına görə, hadisə ölkənin bir çox hissələrində baş verib. Əsasən, Ağsu, Şamaxı, İsmayıllı, İmişli, Mingəçevir, Saatlı, Sabirabad və digər rayonlarında hiss olunub. Zəlzələ həmçinin Sabirabad, Şəki, Gəncə, Şirvan, Ağcəbədi, Mingəçevir, Lənkaran, Bərdə, Ağcabədi, Göyçayda da hiss olunub.

Zəlzələ 23:50 radələrində baş verib. Yeraltı təkan iki dəfə hiss olunub.