
“Azərbaycanı məhz bu cür platformalarda tanıtmaq daha çox xeyrimizədir”
11:49 03.05.2019
Arxiv
570
"Bakıda davamlı keçirilən V Ümumdünya Mədəniyyətlərarası Forumu Azərbaycanın həyatında çox önəmli yerə malikdir”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Azər Həsrət deyib.
Ekspert bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə, qlobal mərkəzlərdən biri kimi önə çıxmağı bacarıb:

"Forumun keçirilməsi təqdirəlayiqdir. Dünyanın yüzlərlə dövlətini təmsil edən dövlət rəsmiləri, siyasət və elm adamları xarici ölkələrdən Azərbaycan gələrək mövcud durumu həm gözləri ilə görürlər, həm də ümumi müzakirələrdə iştirak edirlər.
Bu baxımdan Forum çox əhəmiyyətlidir. Eyni zamanda Forum Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Azərbaycanda fəaliyyət göstərən media və QHT təmsilçiləri, siyasət adamları, dövlət nümayəndələri Forumda yaxından iştirak edirlər. Mən əvvəlki illərdə Forumda iştirak etmişəm.
Çox faydalı bir platforma olduğunu öz gözlərimlə görmüşəm. Üstəlik, bu Forumda qazandığım təcrübənin, bilgilərin, qurduğum əlaqələrin beynəlxalq tədbirlərdə faydasını görmüşəm. Forumlarda iştirak etməyim hər zaman dadıma çatıb”.
A.Həsrətin fikrincə, belə Forumlarda Azərbaycanlıların iştirakı əlavə imkandır, üstünlükdür:
"Forumların davamlı şəkildə keçirilməsi, Bakının daimi ev sahibliyi etməsi çox mühümdür. Təbii ki, burada cənab Prezidentin və birinci vitse-prezidentin iştirakı, çıxışı, ayrı-ayrı qonaqlarla təmasları, fikir mübadiləsi də olduqca əhəmiyyətlidir. Düşünürəm ki, Azərbaycanı məhz bu cür platformalarda tanıtmaq daha çox xeyrimizədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm