"Azərbaycanın xarici banklardakı maliyyə ehtiyatları kifayət qədərdir"
13:35 24.11.2017
Arxiv
1060
"Azərbaycan az faizlə, uzunmüddətli təklif edilən borcları ala bilər. Burada qəbahətli heç nə yoxdur”.
Bu barədə "Sherg.az”a Azərbaycanın xarici borclanamaya getməsinin əhəmiyyəti barədə danışarkən iqtisadçı - ekspert Nazim Bəydəmirli bildirib.
Onun qənaətincə, buna rəğmən borc almaq düzgün deyil:
"Nəticə etibarı ilə Azərbaycanın xarici banklarda saxlanan maliyyə ehtiyatları kifayət qədərdir. Bu ehtiyatların illik faiz gəlirliliyi 1 faizi ötmür. Ancaq bizim aldığımız borcların faizi liborun üzərində olub. Bəzən bu kreditin faizi ortalama 7-8 faizə çatır. Ölkənin kredit reytinqi aşağı düşdükcə liborun üzərinə gələn faizlər artır. Bəzi hallarda 10 faizə çatır. Ona görə, bu borcların Azərbaycanın gəlirlərinə nə qədər adekvat olub-olmadığını müqayisə etmək lazımdır. Xarici banklara aşağı faizlə verdiyimiz pullar daha yüksək faizlə özümüzə qayıdır. Bunun nə dərəcədə effektiv olması aydın görünür.
Alınmış kreditlərin necə xərclənməsi məsələsi də vacibdir. Dövlət zəmanəti ilə həyata keçirilən bütün infrastruktur layihələrinə müxtəlif maliyyə mexanizmi ilə mənimsənilir. Nəticədə Azərbaycan iqtisadiyyatına heç bir xeyir vermir. Ona görə, kreditləri bu baxımdan qiymətləndirmək lazımdır. Borc almaq xatirinə borca girmək Azərbaycanın müsbət heç nə vəd etmir.
Hökumətin daxili borclanması da mümkündür. Yəni, vətəndaşların banklara, iqtisadiyyata, manata etibarı yoxdursa, buna gedir. Çünki Azərbaycan bir neçə dəfə yerli istiqrazlar buraxmağa cəhd göstərib. Bu kimi bütün addımların heç biri icra olunmayıb. İcra olunan isə yüksək faizlə həyata keçirilib.
Həm daxildə, həm xaricdə iqtisadiyyata inam yoxdur. Alınan borclar da dövlət zəmanəti ilə verilir. Çünki bizim, o vəsaiti qarşılayacaq pulumuz artıq xarici maliyyə qurumlarının girovundadır. Xaricilər bizə onların banklarında olan vəsaitimizdən artıq borc verməyəcəklər. Daha çox iqtisadiyyatı şaxələndirmək, insanlara çox qazanmağa, vergi ödəməyə imkan yaratmaq lazımdır ki, hökumətin də borc almağa ehtiyacı qalmasın”.
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın xarici borclanmaya getməsinin vacib olduğunu vurğulayıb. Komitə sədrinin sözlərinə görə, borc almayan və verməyən ölkəyə kredit verilmir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya