Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq formalaşıb
17:05 17.10.2018
Arxiv
719
"Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb”.
"Sherg.az"xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikasının Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku ilə keçirdiyi görüşdə bildirib.
S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar proqramı nəticəsində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişaf tempinə malik olduğunu vurğulayıb. Əldə olunan nailiyyətlər, o cümlədən sosial sahədə qazanılmış uğurlar barədə səfirə məlumat verən nazir Azərbaycan Respublikasının Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd edib. O, diqqətə çatdırıb ki, qarşıdakı dövrdə də Komissiya səmərəli fəaliyyət göstərməklə, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin və elmi-texniki əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcək.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində innovativ həllərin tətbiqi əsasında aparılan islahatlar barədə məlumat verən S.Babayev yeni "DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işləri də qeyd edib. Nazir iki ölkənin müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün nümunəvi Saziş layihəsinin hazırlandığını, geniş müstəvidə əməkdaşlq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını deyib.
D.İanku ölkəsinin ticarət-iqtisadi, elmi-texniki sahələrdə Azərbaycanla əməkadaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Səfir, eyni zamanda, əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əlaqələrin qurulması və getdikcə genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün müvafiq səylərin göstəriləcəyini bildirib.
Görüşdə Müştərək Komissiyanın gələcək fəaliyyəti, ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya