Azərbaycanlı deputatlar Serbiyaya gediblər - FOTO




Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 48-ci sessiyası Belqradda keçirilir.

Modern.az xəbər verir ki, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, deputat Musa Quliyev, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları mərhum eks-prezident Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
QDİƏT PA-nın baş katibi Asəf Hacıyev də tədbirdə iştirak edib.