Azərbaycanlılar hansı ölkələrə səfər edir?
12:01 20.04.2021
Arxiv
300
2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Ölkəmizə gələnlərin 33 faizi Rusiya, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya və digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini isə qadınlar təşkil edib.
2020-ci ilin birinci rübü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalıb və 111,1 min nəfər olub.
Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19 faizi digər ölkələrə səfər edib. Gedənlərin 75 faizini kişilər, 25 faizini qadınlar təşkil edib.
Bu dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou