“Azərenerji” işçi axtarır
10:35 02.02.2019
Arxiv
659
"Azərenerji” ASC müxtəlif vəzifələr üzrə kadr ehtiyyatının yaradılmasını qarşıya məqsəd qoyaraq gənc və peşəkar kadrların işə qəbulunu elan edir.
ASC-dən "Sherg.az"a verilən məlumata görə, bunun üçün aşağıdakı vəzifələr üzrə kadr axtarılır.
Modul elektrik stansiyalarında daxili yanma mühərriklərinin təmiri üzrə mütəxəssis;
Mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis;
Mühərriklərə texniki xidmət edən mütəxəssis;
Elektrik maşın, aparat və cihazların sazlayıcısı;
Elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis;
Buxar və turbin qurğuları üzrə mühəndis;
Aqreqatların (buxar-generator turbinlərinin) blok idarəetmə sisteminin maşinisti;
Qazan avadanlıqları üzrə mühəndis;
Rele mühafiəsi və avtomatika üzrə mühəndis;
Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis;
Elektrik mühəndisi;
İzolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis;
Quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.
Bu işlərə qəbul ediləcək kadrların ali, texniki, orta-ixtisas təhsili və ya peşə ixtisaslı olmaları tələb olunur. Eyni zamanda iddiaçının vəzifəyə görə 5 ildən 10 ilədək iş təcrübəsinin olması və iş prosesini bilməsi də başlıca tələblər sırasındadır. Əmək haqqı vəzifələrə görə 500-800 manat arasında dəyişir.
Müraciət edənlər fotoşəkil, şəxsi vərəqə (CV) forması, şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənədin surətlərini bütün iş günləri "Azərenerji" ASC-nin Səbail rayonu, Əbdulkərim Əlizadə küçəsi, 10 ünvanında yerləşən kadrlar şöbəsinə təqdim etməlidirlər. Yaxud da cv@azerenerji.gov.az ünvanına şəxsi vərəqə formasını göndərə və (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müraciət edən namizədlərin bilik səviyyəsi "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyasıı tərəfindən yoxlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region