"Azəriqaz"ın baş direktoru: "Nöqsanlar qısa zamanda aradan qaldırılacaq"
09:28 03.05.2019
Arxiv
460
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin "Azəriqaz” İstehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradlarının aradan qaldırılması istiqamətində işlər aparılır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq.
"Sherg.az" xəbər verir ki, bunu "Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq.
"Bununla əlaqədar olaraq qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı "Azəriqaz” İstehsalat Birliyi və Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görəcəklər”, - deyə Ə.Hacıyev bildirib.
"Azəriqaz”ın rəsmisi onu da əlavə edib ki, abonentlərin sayının və istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur: "Bu kimi halların qarşısının alınması istiqamətdə respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaz tənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının "bir pilləli” tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm