“Azərpoçt”da yüksək vəzifəyə təyinat - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-də yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, Xəyyam Emin oğlu Əlizadə “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsinə təyin edilib. 
O, 2005-2008-ci illərdə müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb. Eləcə də bir sıra özəl şirkətlərdə fəaliyyət göstərib.