Bakalavriat və magistraturada tədrisin təşkili QAYDALARI DƏYİŞDİ
10:37 16.06.2017
Arxiv
659
Nazirlər Kabinetinin qərarına əsasən, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edilib.
Sherg.azTrend-ə istinadən xəbər verir ki, bununla bağlı bu gün keçirilən mətbuat konfransında məlumat vetən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib ki, əvvəlki qaydalardan fərqli olaraq təsdiq olunmuş dəyişikliklərə əsasən, akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb:
"Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir. Digər tələbələr isə imtahanda iştiraka görə həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaqlar".
Y.Piriyev qeyd edib ki, hazırda dövlət ali təhsil müəssisələrində sonuncu buraxılış kursunun təqribən 6 faiz tələbəsi 1-2 fənn üzrə akademik borcu olduğuna görə ali məktəbi bitirə bilmir:
"Bu qərarın qəbul olunması həmin tələbələrə ali təhsil müəssisəsini bitirmək üçün real imkan yaradır. Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Eyni zamanda, əyani təhsilalma formasının yeni növləri - tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub. Tədrisə tam cəlb olunma - ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə - ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrdən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm