Bakı-2015: Daha bir Azərbaycan samboçusu Avropa Oyunlarının gümüş medalını qazanıb






 Azərbaycan samboçusu Amil Qasımov I Avropa Oyunlarının gümüş medalını qazanıb.
74 kq çəki dərəcəsində döşəyə çıxan Azərbaycan samboçusu Amil Qasımov ilk mərhələni azarkeş kimi izləyib.
O, 1/4 finalda Tadey Cutuku (Sloveniya) məğlub edən Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə də inamlı çıxış edən Qasımov bu dəfə bolqarıstanlı Martin İvanovdan güclü olub - 4:3.
Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. Döyüşün sonunda zədələnən və çıxışını davam etdirə bilməyən samboçumuz Oyunları 2-ci yerdə başa vurub.
Bu, sambo komandamızın 3-ü "gümüş”ü, ümumilikdə yığmamızın 38-ci medalı olub