
Bakı Beynəlxalq Avtovağzalı sərnişinlərin "cibinə necə girir" ? – Növbəti hiylə
12:15 03.05.2019
Arxiv
1072
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin cibinə girmək üçün növbəti hiyləyə əl atıb. Əvvəllər gecə saatlarına – 12:30-a qədər- fəaliyyət göstərən "Bakı-Qırmızı Körpü” reysinin son yola düşmə tarixi dəyişdirilib. Bir müddətdir ki, sözügedən avtobusların son yola düşmə tarixi 17:30-a endirilib.
Xatırladaq ki, Bakı- Qazax avtobusunun da son yola düşmə tarixi 17:30-dur. Bu isə o deməkdir ki, gecə saatlarında Qazax və ya Gürcüstana yola düşmək istəyən sərnişinlər mütləq ya Bakı-Tbilisi, ya da Bakı-Marneuli reysindən istifadə etməlidirlər. Belə olan halda da həmin sərnişinlər əvvəlki ilə müqayisədə daha çox yol pulu ödəməli olurlar. Çünki Bakı-Qazax avtobslarına biletlər 10.90, "Bakı-Qırmızı Körpü” 11.90, Bakı-Marneuli 14, Bakı -Tbilisiyə isə 15 manata satılır. Əlbəttə, bu da bir növ sərnişinlərin cibinə girmək cəhdidir.
Məsələ ilə bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli avtovağzalda biletlərin qiymətinin dövlət tərəfindən tənzimlənmədiyini deyib.
Ekspert bildirib ki, qiymətlər nə Tarif Şurası, nə də digər dövlət orqanları tərəfindən müəyyən olunur:

"Avtovağzalda özəl sektorun iştirakı ilə reyslər tənzimlənir. Həmin sektorlar işin təşkili üçün fiziki şəxslərdən müəyyən rüsum əldə edirlər. Araşdırmaq lazımdır ki, avtovağzalda qaynaqlanan ödənişlərdə artım var yoxsa yox? Əgər belə bir artım yoxdursa, o zaman avtovağzal rəhbərliyi həmin marşutlar üzrə işləmək istəyən digər özəl şirkətləri və fərqli sahibkarları cəlb etməklə rəqabət mühitini artıra bilər ki, qiymətlər yüksəlməsin.
Yəni, iş adamlarına və yaxud fiziki və hüquqi şəxslərə qiymətlərin azaldılmasını demək düzgün yanaşma deyil. Bazar iqtisadiyyatı qaydaları işləməlidir. Bu qaydalara görə, isə rəqabətli mühit olmalıdır. Əgər avtovağzal rəhbərliyi bununla bağlı hər hansı bir addım atmaq istəyirsə, ödənişlərdə düzəliş edə bilər.
Rəhbərlik həmçinin qiymətin aşağı düşməsini iş adamları ilə danışaraq deyə bilər ki, göstərdiyim xidmətləri azaldıram, siz də bilet qiymətlərini azaldın ki, vətəndaşa ziyan dəyməsin. Belə bir yanaşma mümkündür. Amma hansısa formada qiymətlərin tənzimlənməsi və yaxud diktə olunması bazar iqtisadiyyatı qaydalarına görə mümkün deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm