Bakı çimərliklərində dəhşətli gün: 3 NƏFƏR ÖLDÜ




İyulun 23-də Bakı çimrəliklərində 3 nəfər boğularaq ölüb. 

Lent.az xəbər verir ki, bazar günü Mərdəkan çimərliyində 1974-cü il təvəllüdlü Quliyev Hüseynqulu Qabil oğlu, Buzovna çimərliyində 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlu və Pirşağı çimərliyində 1983-cü il təvəllüdlü Səmədov Ruslan Ağabəy oğlu boğularaq ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.