Bakı o müzakirələrdə iştirak etməməlidir
07:39 14.07.2018
Arxiv
643
Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsi ancaq Ermənistanın işinə yarayır
Azərbaycan və Ermənistan münaqişə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı yekun qərara gələ bilməyiblər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə tərəflər sülh prosesinə yardım edən atmosferin yaradılmasını müzakirə ediblər.
Bu məqsədlə onlar münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəliblər: "Mövzu xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə də müzakirə olunub və əlavə müşahidəçilərin olması ilə bağlı anlaşma əldə edilib. Lakin tərəflər bununla bağlı yekun qərara gələ bilməyiblər. Hazırda Ermənistanda yeni rəhbərlikdir. Ümid edirik ki, tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı, müşahidəçilər məsələsi də daxil olmaqla, bir sıra geniş məsələləri müzakirə edəcəyi yenə görüşlər olacaq”. Rusiya XİN-in təmas xəttində müşahidə missiyasını tez-tez gündəmə gətirməsi ekspertlər tərəfindən kəskin tənqidlə qarşılanıb. Siyasi şərhçilərə görə, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə deyil, beşinci dərəcəli məsələlərlə maraqlanması sadəcə ermənilərə xeyir verir.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, rəsmi Bakı ümumiyyətlə bu məsələnin müzakirəsində iştirak etməməlidir:
"İşğalçı ermənilər torpağımızı zəbt ediblər. 25 ildir işğalda saxlayırlar. Ancaq masada müzakirə olunan məsələ düşmənin atəşkəsi neçə dəfə pozması, atəşkəsə nəzarət edən şəxslərin sayının artırılmasıdır. Daha əhəmiyyətli məsələlərimiz var. İlk növbədə ərazi bütövlüyü prinsipi müzakirə mövzusu olmalıdır. Lakin həmsədrlər işğal edilmiş ərazilərdən yox, təmas xəttində müşahidəçilərin sayının artırılmasından danışır. Rusiya isə hər fürsətdə bu məsələni gündəmə gətirir. Monitorinqlə bağlı tərəflər arasında danışıq olan zaman Azərbaycan birmənalı şəkildə bəyan edib ki, təmas xəttində müşahidə kameralarının qoyulması mövcud status-kvonun qorunub saxlanmasına xidmət edir. Danışıqların bu istiqamətdə aparılması Ermənistanın işinə yarayır. Müşahidəçilərin sayının çox olmasının kimə, nəyə xeyri var? Hesab edirəm ki, bu istiqamətdə aparılan müzakirələr birdəfəlik dayandırılmalıdır. Bu missiyanın zərrə qədər faydası, nəticəsi yoxdur. Hamıya məlumdur ki, atəşkəsi ilk pozan Ermənistan tərəfidir. Azərbaycan ümumiyyətlə "təmas xətti” deyilən məvhumu qəbul etmir. Problemin birbaşa həllinə fokuslanmaq lazımdır. Bunun da yeganə yolu torpaqlarımızın azad edilməsidir. Əsas məsələni qoyub, beşinci dərəcəli məqamları qabartmaq düşməni himayə etmək siyasətidir. Biz işğal faktını önə çəkirik. Həmsədrlər isə erməni təcavüzünü möhkəmləndirməyə çalışırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat