Bakı-Tbilisi-Ceyhan kəməri təhlükə altında
09:38 05.04.2014
Arxiv
869
Rusiya sərhədçiləri boru kəmərinin keçdiyi ərazilərdə Cənubi Osetiyanın sərhədlərini irəliyə çəkməyə başlayıb
Rusiya sərhədçiləri Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin keçdiyi ərazilərdə Cənubi Osetiyanın sərhədlərini irəliyə çəkməyə başlayıb. Son bir neçə gündə Qorinin Xurveleti və Bobnebi yaşayış məntəqələri istiqamətində sərhədlər 300 metrə qədər irəliyə çəkilib.
ANS TV-nin Gürcüstan bürosunun müxbirinin verdiyi məlumata istinadən, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin bir hissəsidə bu ərazidən keçir. Elə əraziyə təxminən 250 metr aralıda da dövlət sərhəddini bildirən lövhələr yelrəşdirilib. Bu ərazidə yaşayan sakinlər isə bildirirlər ki, həmin bu yazı lövhəsi 1 həftədir ki, bura yerləşdirilib. Əvəllər isə bu yazı təxminən 600 metr kənarda idi.
Gürcüstan sərhədçiləri isə ərazilərin irəli çəkilməsini son bir ayda daha çox müşahidə etdiklərini bildirirlər. Sərhədçilərdən onuda öyrəndik ki, Xurvelet kəndi yaxınlığında olan yüksəkliklərədə nəzarəti artıq Rusiya sərhədçiləri ələ keçirib. Bu istiqamətlərdə sərhədd olduğunu bildirən bannerlər yerləşdiriblər. Xurveleti kəndinin daxili yollarındada tikanlı məftillər quraşdırılıb. Sakinlər artıq çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər.
Qori sakini Marina Elkanaşvilinin sözlərinə görə, onlar burda qorxu içində yaşayırlar: "Çünki bu gün gəzdiyim Gürcüstan torpağı sabah ayılırıq ki, Osetiya torpağıdır. O qədər olub ki, tutub çobanları aparırlar. Soçi Olimpiya oyunları zamanı sərhədləri daha çox irəliyə çəkdilər. Hətta elə oldu ki, bir neçə kənd sakinin evi işğal olundu”.
Dmitri Saberaşvili isə qeyd edir ki, hazırda sərhəd zolağında öz yerim vardı: "Onları başa düşmək olmur. Dünən yerləşdirdikləri sərhəd sabah baxırsan ki, birazda qabağa gəlib. Axrıncı dəfə 3-4 gün əvvəl külək vurdu sərhəddi bildirən lövhəni aşırtdı səhər durduq gördük ki, həmin lövhəni gətirib bir azda qabağa qoyublar. Onlara nə deyək ki, onsuzda dünya aləm veclərinə deyil. İstəkdilərini edirlər”.
Cənubi Osetiya sərhədlərinin irəli çəkilməsinə isə Gürcüstan rəsmiləri hələliki heç bir münasibət bildirmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət