Bakıda 3 övladı ilə birgə yoxa çıxan qadın tapıldı





Bir neçə gün əvvəl müəmmalı şəkildə itkin düşən qadın və 3 övladı tapılıb. Lent.az-ın məlumatına görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində Sevil Hüseynzadə azyaşlı qızı Mələk və Ruqiyyə, eləcə də oğlu Əlizadə ilə birlikdə tapılıb. Onun yerinin müəyyən edilməsi ilə bağlı ailəsinə məlumat verilib.