Bakıda biznes mərkəzindəki yanğın tam söndürüldü - YENİLƏNİB
10:22 10.11.2017
Arxiv
558
"AFEN Plaza”da baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib”.
APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.
Onun sözlərinə görə, yanğınla bağlı DYMX-ya saat 12:07 radələrində məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə hissəsi göndərilib: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq, hadisə yerinə əlavə texnika və canlı qüvvə cəlb edilib”.
R. Quliyev qeyd edib ki, yanğın zamanı binanın 6-cı mərtəbəsində 40-a yaxın işçi olub və onlar dərhal təxliyə edilib: "Hələlik yanğının səbəbləri barədə bir söz deyə bilməyəcəyəm. Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, ofis mebelləri, yüngül konstruksiyalı arakəsmələr yanıb. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğın söndürülüb”.
**
13:43
Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yerləşən "AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.
***
13:13
Bakının Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə baş vermiş yanğın söndürülüb.
APA-nın xəbərinə görə, yanğının başvermə səbəbləri araşdırılır.
**
12:52
Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
12:24
Bakının Nərimanov rayonunda yerləşən "AFEN Plaza”da güclü yanğın baş verib.
Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət