Bakıda “BMW”nin altında qalan məktəbli qız öldü




Bakıda yol qəzası zamanı ağır xəsarət alan 11 yaşlı qız vəfat edib.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Elvin Gözəlov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini 11 yaşlı Nəzrin Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı mayın 30-da orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.