Bakıda bu avtobuslar xətdən kənarlaşdırılır
15:49 14.11.2017
Arxiv
652
Bakıda sərnişindaşımada iştirak edən müəyyən sayda avtobuslar hələ də texniki baxışdan keçməyib.
Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, həmin avtobusları aşkar edib sürücüləri barəsində tənbeh tədbirlərinin seçilməsi üçün son dayanacaqlarda avtobuslara baxış keçirilir:
"Əgər sərnişindaşımada iştirak edən avtobusların texniki baxışdan keçməməsi aşkarlanırsa, sürücü barəsində tədbirlər görülür. Təkcə dünən son dayanacaqda dörd sərnişin avtobusu texniki baxışdan keçmədiyinə görə yol hərtəkətindən uzaqlaşdırılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə sanksiyası tətbiq edilib".
Bölmə rəisi bildirib ki, bu istiqamətdə işlər davam etdirilir və nəzarət daha da gücləndirilib: "Nəinki texniki baxışdan keçməyən avtobuslar, digər yük avtomobillərinin sahibləri də nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə