Bakıda Formula-1 üzrə Avropa Qran-prisi başa çatdı - Rosberq qələbə qazandı






Bakıda keçirilən Formula-1 üzrə Avropa Qaran-prisi başa çatıb. Lent.az-ın məlumatına görə, yarışı ilk sıradan başlayan "Mercedes"in alman pilotu Nika Rosberq üstünlüyü əldən verməyib və çempion olub. İkinci yeri Rosberqin həmyerlisi, "Ferrari" pilotu Sebastian Fettel qazanıb. "Force İndia" komandasının meksikalı pilotu Serxio Peres isə 3-cü yer tutub.
Qalibləri mükafatları Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva təqdim edib.

İlk üçlükdəki idmançılar müvafiq olaraq aktivlərinə 25,18 və 15 xal yazdırıb. Ümumi sıralamada Niko Rosberq liderliyini davam etdirir. Növbəti yarış iyulun 3-də Avstriyada keçiriləcək.
*****
Bakıda Formula-1 yarışının Avropa Qran-prisinin əsas yarışı başlayıb. Lent.az-ın məlumatına görə, saat 17:00-da 22 bolidin iştirakı ilə dünyanın ən sürətli avtomobil yarışına start verilib. Yarış təxminən 2 saat davam edəcək.
*****
Bakıda ilk dəfə keçirilən Formula-1 üzrə Avropa Qran-prisinin əsas-həlledici mərhələsi bu gün keçiriləcək Lent.az-ın məlumatına görə, yarışda birincilik uğrunda 22 pilot mübarizə aparacaq. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanacaq. Ondan sonra isə "Force İndia"dan Serxio Peres və "Red Bull Racing"dən Daniel Rikkardo yer alacaq. Əsas mərhələ saat 17:00-da başlayacaq və təxminən 2 saat davam edəcək.
Ümumi sıralamanı təqdim edirik:
1. 6 Niko Rosberq - "Mercedes"
2. 11 Serxio Peres - "Force İndia"
3. 3 Daniel Rikkardo - "Red Bull Racing"
4. 5 Sebastian Fettel - "Ferrari"
5. 7 Kimi Raykonnen - "Ferrari"
6. 19 Felipe Massa - "Uilyams"
7. 26 Daniil Kvyat - "Red Bull Racing"
8. 77 Valtteri Bottas - "Uilyams"
9. 33 Maks Ferstappen - "Toro Rosso"
10. 44 Lüis Hamilton - "Mercedes"
11. 8 Roman Qrojan - "Haas"
12. 27 Niko Hülkenberq - "Force İndia"
13. 55 Karlos Saynts - "Toro Rosso"
14. 14 Fernando Alonso - "McLaren"
15. 21 Estabean Qutyerres - "Haas"
16. 12 Felipe Nasr - "Sauber"
17. 88 Rio Haryanto - "Manor"
18. 94 Paskal Verlyayn - "Manor"
19. 22 Censon Batton - "McLaren"
20. 9 Markus Erikson - "Sauber"
21. 20 Kevin Maqnussen - "Renualt"
22. 30 Kolion Palmer - "Renault"