Bakıda içində 40 min dollar və 30 min avro olan seyf oğurlanıb




Nərimanov rayonunda evdən seyf oğurlamış şəxslər tutulub. 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərdən birindən içərisində 40.000 ABŞ dolları və 30.000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar.