Bakıda iri ağacları kəsib məhv edirlər




Bakı şəhər Nərimanov rayonunda yaşayan bir qrup sakin yaşadıqları küçədəki irigövdəli ağacların kəsilərək məhv edilməsi ilə bağlı Lent.az-a müraciət edib. 

Sakinlər bildiriblər ki, Aazdlıq prospekti 116 saylı binanın birinci mərtəbəsində yerləşən Rus Mədəniyyət Mərkəzinin işçiləri küçənin abadlaşdırılması adı ilə binanın qarşısındakı irigövdəli enliyarpaqlı ağacları kökündən kəsir.

Həmin şəxslər sakinlər etiraz etdikdə oraya dekorativ bitki əkəcəklərini deyiblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şikayət artıq qeydə alınıb və bu barədə araşdırmadan sonra qərar veriləcək.