Bakıda küçədə qızla öpüşən oğlanı polis saxladı

Hadisə Nizami küçəsində baş verib



Bakının mərkəzində qızla öpüşən gənci polis bölməsinə aparıblar.
oxu.az xəbər verir ki, Nizami küçəsində baş verən hadisə kamerayla lentə alınıb.
Görüntülərdə polis qeyd edir ki, ətrafda olan insanlar qızla oğlan öpüşdükləri üçün polisə şikayət ediblər. Bununla əlaqədar oğlanı polis bölməsinə dəvət ediblər.