Bakıda sürücülərə yarım milyondan çox protokol yazılıb - RƏSMİ
07:35 16.11.2017
Arxiv
741
Bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər keçirib. Bu tədbirlərin nəticəsidir ki, ildən-ilə hadisələrin ümumi indeksində azalma müşahidə olunur. Paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının imkanları sayəsində baş verən hər bir hadisə xidmətin müvafiq şöbələrində araşdırılaraq təhlil edilib. Məlum olur ki, hadisələrin baş verməsində ümumi faiz nisbəti üzrə ötmə və manevr qaydalarının pozulması üzrə 23 faiz, sürət həddinin aşılması ilə bağlı 37 faiz, piyadaların avtomobillərlə vurulması ümumi hadisələrdə 67 faiz təşkil edib: "Hesabat dövründə piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalarla profilaktik maarifləndirici iş aparılıb, yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Belə ki, bu dövrdə inzibati tənbeh tədbirləri çərçivəsində 590 mindən artıq inzibati protokol tərtib olunub ki, onlardan da 84 mini piyada protokoludur. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aparılan təhlillər sübut edir ki, paytaxt üzrə hadisələrin ümumi çəkisində piyadalar ehtiyyatsızlıq, yaxud səhlənkarlıqdan yol qəza hadisəsinin baş verməsinə səbəb olurlar. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin həssas olduğu ərazilərdə piyada keçidlərindən istifadə etməyən ehtiyyatsız piyadalar yol qəza hadisələrin iştirakçısına çevrilirlər.
Xüsusilə diqqət çəkən bir məqam var ki, baş verən qəzalarda hadisələr əsasən yerüstü və yeraltı piyada keçidlərin yaxınlığında baş verir. Eləcə də hadisələr üzrə bir sıra faktlar da göstərir ki, piyadalar işıqforun tələblərinə əməl etmir, yolda hərəkət hüququ olan avtomobilin qarşısına çıxır. Təbliğat məqəsdilə piyadalarla aparılan söhbətlərdə onlar "bilmədim”, "görmədim” deyərək, "birdə olmaz” cavabı ilə öz həyatlarını təhlükəyə məruz qoyur, ailə üzvlərinin bir ömür boyu əziyyətini düşünmür, diqqətsizlik edirlər. Unutmaq olmaz ki, yaşamaq üçün, həm də sağlam ömür sürmək üçün məsuliyyətli olmaq həyatın başlıca şərtidir. Piyadalar arasında intizamın möhkəmləndirilməsi, sürücü-piyada münasibətləri, yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması diqqət mərkəzindədir. Tövsiyyə olunur ki, hər bir vətəndaş – hərəkət iştirakçısı – sürücü –piyada hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında diqqətli olmalı, hüquq qaydasına əməl etməli, yol polisinin, qanunvericiliyin tələblərinə ehtiramla yanaşmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət