Bakıda universitetin qarşısında ağır qəza: ölən və yaralanan var




Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Xocasən yolunun 7-ci kilometrliyində (Moskva Dövlət Universitetinin Bakı filialının qarşısında) "Qaz 24" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü vəfat edib. 

Onun sərnişini olan 26 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.