
Bakıda xəstəxanada faciə: Gənc oğlan əməliyyat zamanı öldü – FOTO
08:37 28.09.2017
Arxiv
558
Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.
"Sherg.az" xəbər verir ki, bu barədə Report-a mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyatdan sonra narkozdan ayılmayıb.
Xəstənin dayısı Ağasəf Xurşidov bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: "Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestezioloq məsuliyyət daşıyır”.
Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: "Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.
Nazirlik sözçüsü bildirib ki, dünyanın heç bir yerində həkimin xəstəyə və xəstə yaxınlarına söz verməsi, and içməsi kimi qayda-qanun yoxdur: "Hər bir əməliyyatda risk var. Azərbaycan həkimləri daim bu risklərin qarşısını almaq üçün əllərindən gələni edir ki, belə hallar olmasın. Ancaq hər bir orqanizm fərqlidir, hamısında eyni reaksiya olmur. Bəzən həkimə məlum olmayan patologiya olur ki, əməliyyat anında üzə çıxır”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya