Bakıda yağış axşama doğru kəsəcək




Bu gün Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.