Bakıya yollanan Ermənistan hərbçiləri yarı yoldan qayıdıblar
22:31 07.04.2014
Arxiv
656
Bakıda keçirilən MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağına yollanan Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvadan geri qayıtmalı olub.
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Azərbaycan erməni hərbçilərini qəbul etməyə maraqlı olduğunu təsdiqləmədiyindən onlar Yerevana qayıdıblar.
"MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2014-cü il iş planına əsasən və regionda qarşılıqlı etimad yaradılması istiqamətində tədbirlər görülməsi məqsədilə, Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələri öz nümayəndə heyətini MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağında iştirak etmək üçün Bakıya göndərməyə hazır olub”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Bakıya getmək üçün Ermənistan hərbi nümayəndə heyəti aprelin 7-də Moskvaya gedibmiş.
"Lakin MDB Nazirlər Şurası katibliyinin dəvət etməsinə və Azərbaycan Müdafiə Nazirliyinə rəsmi bildiriş göndərməsinə baxmayaraq, qəbul edən tərəf Ermənistan nümayəndə heyətini qəbul etməyə hazır və maraqlı olduğunu təsdiq etməmişdi”.
Bu səbəbdən Ermənistan nümayəndə heyətinin Bakıya uçuşu ləğv edilib və heyət üzvləri Yerevana qayıdıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət