Bank sektoru islahatlar tələb edir
14:35 20.09.2017
Arxiv
590
Dünyada baş qaldıran və hazırda da davam edən qlobal maliyyə böhranı Azərbaycandan yan keçsə də bir sıra sahələrə təsirsiz ötüşmədi. Bu sahələrdən biri bank sektorudur ki, hazırda bu sektorda ciddi problemlər müşahidə olunmaqdadır.
Hesab edirəm ki, bu durum hələ bir müddət davam edəcəkdir. 2016-cı illə müqayisə etdikdə bu il bank sektorunda hər hansı müsbət dinamikadan və ya inkişaf perspektivindən danışmaq hələ tezdir. Bir faktı qeyd edim ki, son illər ölkədə yaranmış işsizlər ordusunun çoxunu məhz bank əməkdaşları təşkil edir. Son iki ildir problemli aktivlərdə boğulan banklar demək olar ki, öz funksiyalarını tam şəkildə yerinə yetirə bilmirlər.
Faktiki olaraq bu gün banklar valyuta dəyişmə məntəqəsi rolunu oynayırlar. Real sektorun maliyyələşdirilməsi demək olar ki, yox səviyyəsindədir. Mərkəzi Bank milli məzənnəni sabit saxlamaq üçün dövriyyədə olan pul vəsaitlərini özündə akkumulyasiya edib.
Nüfuzlu "Fitch” reytinq agentliyi 2017-ci ildə ölkədəki bankların ciddi kapital deifisiti və aktivlərin vəziyyətinin daha da pisləşəcəyini nəzərə alaraq bankların maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırmışdır. Bu ilin əsas "bombası” təbii ki, ABB-nın Nyu-York məhkəməsinə müraciət edərək özünü defolt elan etməsi və 3 milyard dollar həcmində beynəlxalq öhdəliklərin restruktrizasiyası və nəticə etibarilə dövlətə ötürülməsi idi. Bundan başqa bankın 10 milyard manat həcmində toksik aktivləri "Aqrarkredit” BOKT-na ötürüldü. ABB-ni özünü defolt elan etməsi ilə "Fitch” beynəlxalq reytinq agentliyi bankın reytinqini xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini "CCC ” səviyyəsindən "RD” (Məhdud defolt) səviyyəsinədək endirib, bankın dayanıqlılıq reytinqi "F” səviyyəsində saxladı. Beynəlxalq müstəvidə bu yanaşmalar nəinki ölkənin bank-maliyyə sisteminə, ümumiyyətlə iqtasadiyyata vurulmuş ziyan idi. Məlumdur ki, Mərkəzi Bankın xarici valyutada rezervlerin əriməsi və nəticə etibarilə baş verən devalvasiyalarda ABB əsas fiqurlardandır.
Bank sektoru ilə bağlı bəzi rəqəmlərə toxunmaq istərdim. 2017-ci ilin ilk 5 ayında kreditləşmə səviyyəsi aşağı düşüb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya diqqət yetirsək cari ilin 5 ayında banklar tərəfindən 14,3 milyard manat kreditlər verilib. İlin əvvəlindən müştərilərə verilən kreditlərin həcmi 1,6 milyard manat azalıb. Burada əsas faktorlar banklarda problemli aktivlərin xüsusilə istehlak kreditləri portfelində müşahidə olunan ciddi problemlər, real sektordakı qeyri-müəyyənlik banklardakı likvidlik və.s göstərmək olar. Məlumdur ki, 2016-cı ildə 11 bank bağlanıb. Hesab edirəm bu ilin sonuna doğru və 2018-ci il ərzində bir sıra banklar konsalidasiyaya getməsə daha bir neçə bank bağlanacaqdır.
Daha bir məqam 2017-ci il ərzində "Moodys” və "Fitch” reytinq agentliyi tərəfindən 5 bankın reytinqi aşağı salınıb. Bundan başqa bu il ərzində əhalinin banklardakı əmanətləri azalaraq 6 milyard 873,2 milyon manat təşkil etmişdir ki, bu da son 3 ilin ən pis göstəricisidir. Müqayisə üçün qeyd edim ki, 2016-cı ilin sonuna əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 448,7 milyon manat təşkil edirdi. Problemli aktivlər üzrə yaradılmış ehtiyatların həcmi artdığı üçün bankların mənfəəti kəskin aşağı düşmüşdur. Bu gün bankların dövlətin dəstəyinə ciddi ehtiyacı vardır. Digər bir nüans isə banklar idarəetmə sistemini təkmilləşdirməli, fəaliyyətlərində şəffaflıq prinsipi ön plana çəkilməlidir.
Zamiq Şükürov,
İqtisadçı ekspret
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol