Banklar krediti niyə yüksək faizlə verir ? - Səbəblər bilindi
16:29 23.11.2017
Arxiv
1435
"Kommersiya bankları maliyyə bazarında sadəcə vasitəçidir. Yəni bir qayda olaraq, onlar öz pullarını kredit vermirlər”.
Bu sözləri "Sherg.az”a bankların əhaliyə yüksək faizlərlə kredit verməsinin səbəblərini izah edərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov söyləyib.
Ekspert diqqətə çatdırıb ki, bu, kommersiya banklarının Mərkəzi Bankdan (MB) götürdükləri kredit və sahibkarların əmanətləridir:
"Ötən ilin ortalarından MB-ın uçot dərəcəsi 15 faizdir. MB kommersiya banklarına bu faizlə kredit verir. Ona görə, banklar da üzərinə daha çox faiz qoyur. Bu məsələdə əsas günahkar Mərkəzi Bankdır. Baş bank o faiz dərəcəsini endirməlidir ki, banklar da əhaliyə ucuz kredit verə bilsin.
Burada bankların öz günahı da var. 15 faizlə götürülən krediti banklar heç olmasa 20-22 faizlə əhaliyə verə bilərlər. Lakin faizlər bundan çoxdur.
Bu, sahibkarlar üçün ciddi problem yaradır. Onlar bu qədər yüksək faizlə krediti götürə bilmirlər. Sahibkarlar kredit götürə bilmədiyi müddətdə isə iqtisadiyyatımızda problem davam edəcək, işsizlik artacaq.
Ötən illərin təcrübəsi göstərir ki, banklar öz yaxınlarına, əlaqəli şirkətlərinə ucuz kreditlər verirlər. Hətta bəzən MB-dan aldıqları faizdən ucuz və ya faizsiz kreditlər verilir.
Arada yaranan fərq isə sadə vətəndaşların, aşağı gəlirləri olan sahibkarların hesabına bağlanır. Bütün bunlar bank sistemində olan qeyri-sağlam münasibətlərdən irəli gəlir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya