Bayraq, himn və gerblə bağlı dəyişiklik gözlənilmir
20:44 27.09.2017
Arxiv
1452
Tahir Kərimli parlamentdə bu məsələnin müzakirə predmeti olduğuna şahid olmayıb
Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq.
Bununla bağlı məsələlər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.
İşlər planında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və "Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb. Layihələrin məzmunu hələlik açıqlanmayıb.
İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Millət vəkili Tahir Kərimli də "Şərq”ə açıqlamasında sözügedən qanun layihəsi ilə bağlı məlumatsız olduğunu, hətta belə bir müzakirənin keçiriləcəyinin inandırıcı olmadığını deyib:
"Ehtimal etmirəm ona görə ki, bu məsələ Milli Məclisdə ciddi şəkildə qaldırılmayıb. Ola bilsin ki, ayrı-ayrı millət vəkilləri tərəfindən bu məsələ təklif olaraq irəli sürülsün. Amma komitə iclaslarında bu məsələnin müzakirə predmeti olduğuna şahid olmamışam”.
Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına əsaslı dəyişikliklər edilməsini məqsədəuyğun saymayan millət vəkili hesab edir ki, himnimizin musiqisi yarımnotlar şəklində gücləndirilə, gerbə isə təsviri dəyişikliklər edilə bilər:
"Bunlar isə əvvəlcədən yaradıcılıq tələb etdiyi üçün hazır formada Milli Məclisə təqdim olunmalıdır ki, deputatlar tərəfindən baxış keçirilsin. Himn, gerb və bayraq dövlət atributlarımızdır və bu simvollar yüzillik dövlətçilik tariximizi özündə əks etdir. Fundamental dəyişikliklərin birmənalı olaraq əleyhinəyəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya