BDU müəlliminin yeni dərs vəsaiti nəşr olunub
Banuçiçək Kalbalıyeva
09:59 22.09.2020
Arxiv
952
BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti, “ARB24” televiziyasının Xəbərlər departamentinin direktor müavini Aynur Nəsirovanın yeni dərs vəsaiti işıq üzü görüb. “Kütləvi kommunikasiya modelləri: mənbədən mənsəbə qədər” adlı kitabın elmi redaktoru və məsləhətçisi filologiya elmləri doktoru, professor Nəsir Əhmədlidir.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova vəsaitin rəyçiləridirlər.
Dərs vəsaitində Azərbaycan jurnalistikasında ilk dəfə olaraq kütləvi kommunikasiyanın model-sxemləri araşdırılıb və müqayisəli təhlilə cəlb edilib. Bununla yanaşı, model-sxemlər qruplaşdırılaraq təsnifatlandırılıb, sistem halında öyrənilib.
Keçmiş sovet jurnalistikasında, eləcə də qərb jurnalistikasında ünsiyyət problemi və kommunikasiyanın komponentləri arasındakı üzvi əlqələrin öyrənilməsi sahəsində aparılan tədqiqatlarla birgə yeni standartlar, Amerika, Türkiyə, Rusiya və Qərb ölkələrində bu sahədə təqdim olunan yeni modellər hərtərəfli araşdırılıb.
Bu araşdırmaların yekunu olaraq müəllif özü model-sxem təqdim edib. Modeldə əsas diqqət telexəbərin tamaşaçıya ötürülməsi və qavrama prosesinin effektivliyinin artırılmasına çəkilib. Kitab universitetin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya