Benzin qəfil bahalaşdı
18:54 04.04.2014
Arxiv
553
Səhər 80 qəpiyə satılan AI-95, gecənin qaranlığında 13 qəpik bahalaşdırıldı
Aprelin 4-ü axşam saatlarında AI-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan AI- 95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
AZPETROL-un yanacaqdoldurma mətəqəsində "Yeni Müsavat”ın əməkdaşına bildirilib ki, bundan sonra AI-95 markalı benzin Avropa standartlarına uyğun Premium markası olaraq satışa çıxarılacaq. Diqqət çəkən məqam həm də odur ki, yanacaqdoldurma məntəqələri Aİ 92 markalı benzinin satışını dayandırıb.
Bu artıq 3 ayda benzinin 2-ci dəfə qəfil artımıdır. Dekabr ayında da Azərbaycan hökuməti sürücülərə gecə sürprizi olaraq AI-80 və AI-92 markalı benzinin bir litrinin qiymətini 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin qiymətini 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiymətini isə 45 qəpikdən 60 qəpiyə qaldırmışdı.
Qəfil bahalıq sürücülərin etirazına səbəb olub. Sürücülər Avropa standartların keçid adı ilə AI-95 markalı benzinin onlara Premium markası kimi satılmasını, üstəlik bu addımın Tarif Şurasının qərarı olmadan atılmasını hökumətin vətəndaşların cibinə girməsi kimi dəyərləndirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət