Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək? – ŞƏRH
12:40 19.11.2017
Arxiv
847
Benzinin qiymətinin bahalaşması və gömrük rüsumunun yeni ildən artırılacağı barədə gəzən söz-söhbətlər avtomobil bazarına təsirsiz ötüşməyəcək. Lent.az xəbər verir ki, bu hadisələrin avtomobil bazarına təsirini ekspert Rəşad Quliyev fed.az-a şərh edib. O bildirib ki, ilk növbədə Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı benzinin bahalaşması yenidən dizel avtomobillərinə marağın artacağına səbəb olacaq: "Nəticə etibarı ilə qara bazarda dizel mühərriki ilə işləyən avtomobillərin də süni qiymət artımı qaçılmazdır. Çünki aradakı fərq 50%i ötüb keçməkdədir. Qismən, benzinlə çalışan yeni avtomobillərin bu markalı yanacaqla işləməsi əhalinin xərclərinin artmasına və başqa, alternativ, cibə uyğun seçim etmələrinə gətirib çıxardacaq.
Ümumiyyətlə son aylarda avtomobil bazarında idxal və satışda müəyyən qədər artım hiss olunur. Buna səbəblərdən biri, 2018-ci il yanvar ayının 1-dən etibarən gömrük idxal rüsumunun və aksiz vergisinin müəyyən qədər qaldırılacağı haqda insanlarımız arasında yayılan xəbəridir. Belə ki, ölkədə avtomobil istehsalının olması xaricdən avtomobil idxalında rüsumun bahalaşması ilə nəticələndiyinə görə, ölkəmizin də bu yanaşmaya doğru getdiyini sezmək olar. Buna görə də Gömrük Komitəsindən rəsmi təsdiq olmasa da, rüsumların və verginin yaxın zamanlarda qaldırılacağı istisna edilmir.
Aparılan araşdırmalar göstərir ki, yeni ilə yaxınlaşdıqca rəsmi diller və qara bazarda satışlar sürətlə artır. Baxmayaraq ki, avro dollara və manata nisbətən güclənir və idxal əsasən Avropa ölkələrindən asılıdır. Bundan əlavə dekabr ayının yaxınlaşması, turistlərin, xüsusilə də ölkəmizdə yeni ili keçirmək və ov məqsədi ilə gələn ərəb turistlərin xidmətində istifadə olunan "minivan”lərın satışı və sifarişi də getdikcə artmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə