Bəzi QHT rəhbərləri dələduzluq edir - İşə düzəldəcəm deyib, pul alır və sonra...




"Vətəndaşlardan pul alıb, işə düzəltməyi vəd etmək QHT-lərin fəaliyyəti deyil, sadəcə dələduzluqdur”.

Bunu Sherg.az-a bəzi QHT rəhbərlərinin vətəndaşlardan onları işə düzəldəcklərini deyib pul alması və sonradan həmin pulu mənimsəyib, amma bir iş görməməsi kimi hallara münasibət bildirərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. 

O bildirib ki, bu işlə məşğul olanlara cinayət məcəlləsinə müvafiq cəza verilməlidir:

"İstər QHT, istər partiya sədri, istərsə də sıravi vətəndaş olsun, onların bu fəaliyyəti dələduzluqdur. Bunu sırf QHT adına yazmaq da düzgün deyil. Bütün sahələrdə olduğu kimi QHT-lərin içərisində də dələduzlar var. Onlara qarşı da hüquqi səviyyədə mübarizə aparmaq lazımdır”.

Aysel Aslan