Bəzi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək
09:23 28.07.2021
Arxiv
445
İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-30° isti olacaq.
Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 29-da Abşeron yarımadasında meteoroloji amillərin gün ərzində mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə