Binəli Yıldırım birləşdirici fiqurdur
06:27 14.07.2018
Arxiv
448
Onun təltif etməsi Türkiyə tarixində Atatürkdən sonra ikinci hadisə idi
AKP-nin İzmirdən olan millət vəkili və parlamentli respublika idarəetmə üsulunda sonuncu baş nazir olmuş Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.
584 millət vəkilinin iştirak etdiyi səsvermədə Yıldırım 335 səs toplayaraq bu vəzifəni tutub. TBMM-nin 28-ci spikeri olan B.Yıldırımın bu posta seçilməsini yüksək dəyərləndirən politoloq Natiq Miri onun 15 iyul dövlət çevrilişinə cəhddən sonra sonuncu baş nazir postunu tutan bir şəxs olaraq birləşdirici missiyanı uğurla başa vurduğunu deyib: " Hətta Yıldırım üçün 15 iyul hadisələrini böyük imtahan kimi də dəyərləndirmək olar. Baş nazir olan Binəli Yıldırım çevriliş zamanı dövləti tərk etmədən çevrilişə cəhd edən insanların qarşısına çıxdı. Bundan əlavə də dirənişi idarə edənlərdən biri idi. Bu isə Türkiyə toplumunun və AKP siyasi hakimiyyətinin lideri Ərdoğanın diqqətindən qaçmadı. Türkiyə Prezidenti Ərdoğanın Binəli Yıldırımı "Şərəf” ordeni ilə təltif etməsi Türkiyə tarixində Atatürkdən sonra ikinci hadisə idi. Düşünürəm ki, bu, qardaş ölkə üçün tarixi bir hadisədir. Yıldırım bir şəxsiyyət olaraq AKP-MHP ittifaqının siyasi davamçısı, həm də toplumda birləşdirici siyasi fiqur olduğunu təsdiq edib. Belə bir siyasətçinin bütün Türkiyənin siyasi iradəsini nümayiş etdirən parlamentə başçılıq etməsi ölkə adına doğru və əhəmiyyətli bir seçimdir. TBMM hər zaman əhəmiyyətli bir siyasi mərkəz kimi öz rolunu qoruyub saxlayıb. Atatürkdən bu yana Türkiyənin qorunub saxlanılmasında əvəzsiz xidməti olan qazilər məkanının Türkiyəni sevən və islam ümmətinin bütün meyarlarını özündə daşıyan bir şəxsə tapşırılması doğru bir qərardır. Bu cür əhəmiyyətli bir orqanın başına sonuncu baş nazir Binəli Yıldırım kimi bir şəxsiyyətin gətirilməsi türk toplumunun inkişafına və birliyinə xidmət edəcək”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat